Bakı. Trend:
İctimai nəqliyyat işçilərinin genişmiqyaslı tətili Berlində hərəkəti iflic edib və küçələrdə uzun tıxaclara səbəb olub.
Trend EFE agentliyinə istinadla xəbər verir ki, “Verdi” həmkarlar ittifaqı tərəfindən təşkil olunan tətil metro, avtobus və tramvay işçilərini əhatə edib. Yerli vaxtla saat 3:00-da başlayan tətil martın 1-i saat 14:00-dək davam edəcək.
Eyni zamanda, Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya federal əyalətində nəqliyyat işçilərinin daha bir uzunmüddətli tətili keçirilir.
Etirazçılar həftəlik iş satının azaldılmasını, növbələr arasında istirahət vaxtının artırılmasını, gecə və növbə ilə çalışan işçilər üçün əlavə istirahət günlərinin verilməsini tələb edirlər.