...

Lavrov Türkiyəyə səfərə gəlib

Dünya xəbərləri Materials 1 Mart 2024 01:50 (UTC +04:00)
Lavrov Türkiyəyə səfərə gəlib

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak edəcəyi Türkiyəyə gəlib.

Trend-in məlumatına görə, Rusiya XİN rəhbərinin təyyarəsi Antalya hava limanına enib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirilən brifinqdə deyib ki, S.Lavrov tədbir çərçivəsində türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlar aparacaq.

Nazirlərin geniş spektrli məsələləri, ilk növbədə qarşılıqlı maraq doğuran sahələrdə - ticarət, enerji, təhlükəsizlik, bank işi, turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti