Bakı. Trend:
Türkiyənin Tunceli vilayətində terrorçuların istifadə etdiyi altı sığınacaq dağıdılıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Tunceli valisi Bülent Tekbıyıkoğlu X sosial media hesabından paylaşım edib.
“Tuncelidə terrorla mübarizə qətiyyətlə davam edir. Keçirilən əməliyyat nəticəsində terrorçuların istifadə etdiyi 6 sığınacaq jandarma qrupları tərəfindən məhv edilib.” – deyə Tekbıyıkoğlu bildirib.