Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Misirə iki günlük səfərə gedib.
Trend xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məlumat paylaşıb.
Paşinyanın səfər çərçivəsində Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə təkbətək görüşəcəyi və daha sonra geniş tərkibdə danışıqların aparılacağı qeyd olunub.
Bundan başqa, Paşinyanın Misirin baş naziri Mustafa Madbuli, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbül Qeyt və bir sıra din xadimləri ilə görüşləri nəzərdə tutulub.