...

Rusiyada bu gün onlayn səsvermə sınaqdan keçirilir

Dünya xəbərləri Materials 5 Mart 2024 11:40 (UTC +04:00)
Rusiyada bu gün onlayn səsvermə sınaqdan keçirilir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada bu gün distant qaydada elektron səsvermə üçün federal platforma sınaqdan keçirilir.

Trend xəbər verir ki, bu barədə Rusiyanın distant elektron səsvermə üzrə ərazi seçki komissiyasının sədri Oleq Artamonov yerli KİV-ə deyib.

Onun sözlərinə görə, bu bülletenlərin mətni istisna olmaqla, həqiqi seçkilərin maksimum dəqiq imitasiyası olacaq.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il 17-nə təyin olunub. Seçkilərdə Rusiyanın hazırki prezidenti Vladimir Putin seçkilərdə namizədliyini irəli sürüb. Putinin seçkilərdə rəqibləri Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski, Vladislav Davankov (Yeni İnsanlar Partiyası) və Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti