...

Yanvar-fevral aylarında Türkiyənin Qırğızıstana hazır geyim ixracı 40 milyon dollara çatıb

Dünya xəbərləri Materials 5 Mart 2024 14:58 (UTC +04:00)
Yanvar-fevral aylarında Türkiyənin Qırğızıstana hazır geyim ixracı 40 milyon dollara çatıb

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Qırğızıstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz azalaraq, 39,8 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Qırğızıstana 22,4 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 7,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 2,9 milyon dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 1,5 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,6 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti