...

Türkiyə DİN əməliyyat keçirdi - 91 nəfər saxlanıldı

Dünya xəbərləri Materials 9 Mart 2024 17:40 (UTC +04:00)
Türkiyə DİN əməliyyat keçirdi - 91 nəfər saxlanıldı

Bakı. Trend:

Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Bildirilib ki, “Kıskaç-10” kod adı altında aparılan əməliyyatın gedişində FETÖ üzvü olmaqda şübhəli 91 nəfər saxlanılıb. Beş gün davam edən əməliyyat İstanbul, Ankara, İzmir, Antalya, Bursa kimi böyük şəhərlər də daxil olmaqla, Türkiyənin 30 vilayətində keçirilib.

Xəbər lenti

Xəbər lenti