...

İsveç hərbi təyyarəsi Rusiya sərhədi yaxınlığında uçub

Dünya xəbərləri Materials 10 Mart 2024 08:34 (UTC +04:00)
İsveç hərbi təyyarəsi Rusiya sərhədi yaxınlığında uçub

Bakı. Trend:

İsveçin NATO-ya qoşulmasından sonra ilk dəfə İsveç hərbi təyyarəsi Rusiya quru sərhədi yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə "Itamilradar" saytı xəbər verib.

Məlumata əsasən, ötən gün "Gulfstream S102B" radio elektron kəşfiyyat təyyarəsi Polşa hava məkanında olarkən Rusiyanın Kalininqrad vilayəti və Belarusun quru sərhədi boyunca uçdu. Təyyarə elektron siqnalları uzaq məsafədən tutmaq üçün nəzərdə tutulub.

Həmin gün daha bir missiya çərçivəsində İsveçin "Saab 340" uzaqdan radiolokasiya aşkar edilmə təyyarəsinin Kalininqrad vilayəti yaxınlığında Baltik dənizi üzərində uçması qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti