...

Fransa polisi fermerlərə qarşı gözyaşardıcı qaz tətbiq edib

Dünya xəbərləri Materials 11 Mart 2024 20:05 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Bordo şəhərində fermerlərin növbəti etiraz aksiyası keçirilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, şəhər şurasının iclası zamanı fermerlər Bordonun mərkəzində traktorlarla keçid ediblər.

Onlar hotelin və bələdiyyənin qarşısına peyin və işlənmiş şinlər boşaldıblar. Şəhərin mərkəzində nəqliyyatın hərəkətində fasilə yaranıb.

Polis aksiyaçıların şəhər şurasının binasına daxil olmasına mane olub. Etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Saxlananlar barədə dəqiq məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti