Bakı. Trend:
Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur.
Trend xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BFMTV telekanalına müsahibəsində deyib.
"Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu öz ərazisində qala bilər", - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. O, daha sonra ifadəsində düzəliş edərək deyib ki, “bir şeyi istisna etməmək, onu etməklə eyni deyil”.