...

İsveçrənin Rusiyadakı səfiri XİN-ə çağırıldı

Dünya xəbərləri Materials 12 Mart 2024 15:41 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Rusiyadakı səfiri Kristina Marti Lanq Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, səfir İsveçrə parlamentinin ölkə ərazisində Rusiya Federasiyasına məxsus əmlakın müsadirəsinə imkan verəcək mexanizmin hüquqi əsaslarının hazırlanması barədə qərarına etiraz əlaməti olaraq nazirliyə çağırılıb.

"Qeyd olunub ki, Bern tərəfindən bu kimi planlar həyata keçiriləcəyi təqdirdə Rusiya tərəfinin cavab tədbirləri qaçılmaz olacaq", - deyə Rusiya XİN-dən bildirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti