...

Litvada ilk dəfə Rusiya nömrəli maşın müsadirə olunub

Dünya xəbərləri Materials 13 Mart 2024 10:29 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Litvada ilk dəfə Rusiya nömrəli avtomobil müsadirə olunub.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, müsadirə olunan avtomobil təqribən 42 min avro dəyərindədir. Avtomobilin sürücüsü qadağa barədə məlumatı olmadığını bildirib. Onun barəsində inzibati hüquq pozuntusuna dair protokol tərtib olunub.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Litva hökuməti Rusiya qeydiyyat nömrəli avtomobillərin 2024-cü il martın 11-dək Litvada yenidən qeydiyyatdan keçirilməli və ya ölkəni tərk etməli olduğunu bildirib. Əks təqdirdə bu cür avtomobillərin müsadirə olunacağı deyilib. Kalininqraddan tranzit yolu ilə keçən avtomobillər üçün istisna nəzərdə tutulub.

Müsadirə olunan avtomobillərin Ukraynaya verilə biləcəyi qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti