...

"SpaceX" ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır

Dünya xəbərləri Materials 16 Mart 2024 20:41 (UTC +04:00)
"SpaceX" ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır

Bakı. Trend:

İlon Maskın "SpaceX" şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, şirkətin 2021-ci ildə (Pentaqon yanında) ABŞ Milli Aerokosmik Kəşfiyyat Agentliyi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına "Starshield" bölməsi cavabdehdir.

Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi quru qoşunlarını dəstəkləmək üçün nəzərdə tutulmuş aşağı orbitli peyk sistemlərinə əhəmiyyətli investisiya yatırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti