...

Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub

Dünya xəbərləri Materials 19 Mart 2024 16:53 (UTC +04:00)
Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Qəhrəmanı, admiral Aleksandr Moiseyev ölkənin Hərbi Dəniz Donanmasına baş komandanı vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Admiral yeni vəzifədə ilk dəfə rəsmi olaraq Kronştadtda Hərbi Dəniz Donanmasının sualtı qayıqlarının heyətinə təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl Rusiya Hərbi Dəniz Donanmasına baş komandanı vəzifəsini admiral Nikolay Yevmenov icra edib. Admiral Moiseyev 2019-cu ildən Şimal Donanmasının, ondan əvvəl isə Qara dəniz donanmasının komandanı olub, Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti