Bakı. Trend:
Moskvada yerləşən "Crocus City Hall" ticarət mərkəzində atışma olub.
Trend xəbər verir ki, hadisədən sonra binada yanğın başlayıb.
Qeyd edək ki, Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlanıdırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 40 nəfər ölüb, 140-dən çox yaralanan var. Əraziyə cəlb olunan xüsusi təyinantlılar artıq təmizləmə əməliyyatını icra edirlər.
