...

İsrail ordusu HƏMAS-ın hərbi qanadının rəhbər müavinini zərərsizləşdirib

Dünya xəbərləri Materials 27 Mart 2024 02:23 (UTC +04:00)
İsrail ordusu HƏMAS-ın hərbi qanadının rəhbər müavinini zərərsizləşdirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu "HƏMAS"ın hərbi qanadı komandirinin müavini Mərvan İssanı zərərsizləşdirdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Daniel Haqari mətbuat konfransında deyib.

Məlumata əsasən. M.İssa bu ayın əvvəlində Qəzzanın mərkəzində İsrailin hava hücumu nəticəsində öldürülüb.

D.Haqari deyib ki, M.İssadan başqa, martın 10-da İsrail ordusunun "Nuseyrat" qaçqın düşərgəsinə endirdiyi zərbədə HƏMAS-ın yüksək rütbəli komandirlərindən biri həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti