...

Almaniyada Türkiyə Baş Konsulluğuna hücum olunub

Dünya xəbərləri Materials 27 Mart 2024 10:09 (UTC +04:00)
Almaniyada Türkiyə Baş Konsulluğuna hücum olunub

Bakı. Trend:

Almaniyanın Hannover şəhərində terror təşkilatı tərəfdarları Türkiyənin Baş Konsulluğuna daşla hücum edib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, hücum edənlər Türkiyənin Baş Konsulluğunun binasına daş və çubuqlarla binaya zərər vurmağa cəhd ediblər.

Xatırladaq ki, ötən gün Belçikanın paytaxtı Brüsseldə PKK terrorçuları türklərin yaşadığı məhəlləyə hücum ediblər.

Belçikanın Limburq bölgəsinin Heusden-Zolder rayonunda terror təşkilatı PKK tərəfdarları türklərə məxsus avtomobilləri yandırıb.

Xəbər lenti

Xəbər lenti