...

Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək

Dünya xəbərləri Materials 2 Aprel 2024 12:02 (UTC +04:00)
Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-ya üzv ölkələrin xarici işlər nazirlərininn 3-4 aprel tarixlərində Brüsseldə keçiriləcək iclasında iştirak edəcək.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə terrorla mübarizə və Ukraynada baş verən hadisələr daxil olacaq.

Bundan başqa, İsveç və Finlandiyanın NATO-ya üzv olmasından sonra təşkilatın hazırkı vəziyyəti və Vaşinqton Sammitinə hazırlıq müzakirə olunacaq.

Qeyd edək ki, NATO XİN rəhbərlərinin iclası 3-4 aprel tarixlərində Brüsseldəki NATO qərargahında keçiriləcək.

İclasa NATO-nun baş katibi Yens Stoltenberqin sədrlik edəcəyi bildirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti