Bakı. Trend:
Qəzza zolağında ac qalan mülki əhalini qida ilə təmin edən "World Central Kitchen" humanitar təşkilatının 7 könüllüsü hücum nəticəsində həlak olub.
Trend xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında dərc olunub.
Qeyd edilib ki, könüllülərin olduğu avtomobil Qəzzanın mərkəzində Deyr əl-Bələh anbarından çıxarkən İsrail Müdafiə Qüvvələri tərəfindən hədəflənmiş hücuma məruz qalıb.
Təşkilat həlak olan könüllülər arasında Avstraliya, Polşa, Böyük Britaniya, o cümlədən, ikili vətəndaşlığa malik ABŞ və Kanada vətəndaşları, həmçinin, Fələstin vətəndaşlarının olduğunu bildirib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri hadisə ilə bağlı araşdırma aparıldığını qeyd edib.