Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin Küçükçəkməcə rayonunda yerləşən 4 mərtəbli hotelə silahlı hücum olub.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Güllələrdən biri hotelin yaxınlığında park edilmiş avtomobilə dəyib.
Silahlı hücumu törədənin kimliyi məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb.