...

Aİ Ermənistandan KTMT-dən çıxmasını tələb etmir - XİN nümayəndəsi

Dünya xəbərləri Materials 4 Aprel 2024 14:13 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Ermənistandan Avrasiya İqtisadi Birliyi (AİB) ilə münasibətlərini yenidən gözdən keçirməsini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını tələb etmir.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə deyib.

"Bizə qarşı bununla bağlı rəsmi tələb irəli sürülməyib", - o deyib.

Xatırladaq ki, dünən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə Ermənistan Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalmağa davam etdiyini deyib.

"KTMT-yə üzv olan ölkələr arasında yalnız birinin gah KTMT-nin ondan uzaqlaşdığı, gah özünün təşkilatdan çıxdığı, gah təşkilata üzv olduğu, gah da üzvlüyünü dondurduğu barədə danışan bir ölkə tanıyıram. Biz bunu yalnız İrəvandakı hakimiyyətdən eşidirik.

Məsələ burasındadır ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalmağa davam edir. Həmçinin, KTMT nizamnaməsi, 2011-ci ildə liderlər tərəfindən imzalanmış müvafiq protokola əsasən, KTMT-yə üzv ölkələr öz ərazilərində üçüncü ölkələrin qoşun qrupları və xarici infrastruktur obyektlərini yerləşdirmək barədə qərarı yalnız birliyin digər üzv ölkələri ilə təcili məsləhətləşmələrdən sonra qəbul edə bilər", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti