Bakı. Trend:
ABŞ İsrailin Qəzzaya humanitar yardımı artırmaq məqsədi ilə bu yaxınlarda elan etdiyi bir sıra tədbirləri alqışlayır.
Trend-in məlumatına görə, bu barədə Ağ Evdən məlumat verilib.
"Bu addımlar, o cümlədən Qəzzaya birbaşa yardımın çatdırılması üçün Aşdod limanının açılması, Erez keçidinin Qəzzanın şimalına yeni yardım marşrutu üçün açılması və İordaniyadan birbaşa Qəzzaya tədarükün əhəmiyyətli dərəcədə artırılması öhdəliyi, indi tam və tez şəkildə icra edilməlidir", - deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrien Uotson bildirib.
O qeyd edib ki, ABŞ bu mühüm addımların həyata keçirilməsini təmin etmək və qarşıdakı günlərdə və həftələrdə Qəzzada çox ehtiyacı olan mülki şəxslərə çatan humanitar yardımın əhəmiyyətli dərəcədə artmasına səbəb olmaq üçün İsrail hökuməti, İordaniya və Misir hökumətləri, BMT və humanitar təşkilatlarla tam koordinasiyada işləməyə hazırdır.