...

Finlandiya prezidenti Qərbi Rusiya ilə mümkün münaqişəyə hazırlaşmağa çağırıb

Dünya xəbərləri Materials 11 Aprel 2024 17:37 (UTC +04:00)
Finlandiya prezidenti Qərbi Rusiya ilə mümkün münaqişəyə hazırlaşmağa çağırıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər
Bakı.Trend:

Finlandiya prezidenti Aleksandr Stubb Avropa liderlərini Rusiyaya qarşı döyüşkən ritorikadan istifadə etməkdənsə, ordularını potensial münaqişəyə hazırlamağa çağırıb.

Trend xəbər verir ki, Finlandiya prezidenti bu fikirləri "Financial Times" qəzetinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Avropa daha az danışmalı və Rusiya təhdidinə qarşı daha çox hazırlaşmalıdır.

Finlandiya prezidenti bildirib ki, Rusiyaya qarşı açıqlamalar Avropa dövlətlərinin diqqətini əslində fokuslanmalı olduqları tədbirlərdən yayındırır.

Stubb qeyd edib ki, bu tədbirlər Kiyevə hərbi yardımın davam etdirilməsi və Qərb ölkələrinin öz silahlı qüvvələrini mümkün münaqişəyə hazırlamasıdır.

Xəbər lenti

Xəbər lenti