...

Böyük Britaniyada gizli laboratoriyada dron əleyhinə radiotezlikli silah hazırlanıb

Dünya xəbərləri Materials 12 Aprel 2024 14:40 (UTC +04:00)
Böyük Britaniyada gizli laboratoriyada dron əleyhinə radiotezlikli silah hazırlanıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada Porton Daun gizli elmi laboratoriyasının mütəxəssisləri konkret hədəflərin, xüsusən dron və ya kommunikasiya vasitələrini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş radiotezlikli silah hazırlayıblar.

Trend xəbər verir ki, bu barədə "The Times" qəzeti elmi mərkəzin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, qısa lüləli silaha bənzəyən cihaz elektron sxemlərə təsir göstərərək onları həddən artıq yükləyən və hədəfləri sıradan çıxaran elektromaqnit impuls yaradır.

Qeyd olunub ki, cihazı həmçinin ordu maşınının arxasına quraşdırmaqla hərbi bazaları dron hücumlarından və ya hərəkət edən konvoyu hava təhdidlərindən qorumaq üçün də istifadə etmək mümkündür.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti