...

Mart ayında Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb

Dünya xəbərləri Materials 15 Aprel 2024 10:40 (UTC +04:00)
Mart ayında Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb

Bakı. Trend:

2024-cü ilin mart ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 614 min 456 nəfər olub.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 581 min 538 nəfər, beynəlxalq reyslər üzrə isə 12 faiz azalaraq 32 min 918 nəfər təşkil edib.

2024-cü ilin mart ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 4 min 985 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 4 min 332 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 12 faiz azalaraq, 653 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin mart ayı ilə müqayisədə 1 faiz artaraq, 4 min 571 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq 4 min 34, beynəlxalq reyslər üzrə isə 13 faiz azalaraq 537 olub.

Bu ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 43 milyon 858 min 984 nəfər, yük dövriyyəsi isə 1 milyon 966 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti