...

Yanvar-mart aylarında Türkiyənin ABŞ-a elektrik avadanlıqları ixracı 150 milyon dolları ötüb

Dünya xəbərləri Materials 16 Aprel 2024 14:52 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin ABŞ-a elektrik avadanlıqları ixracı 150 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar- mart aylarında Türkiyənin ABŞ-a elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz artaraq, 151 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə ABŞ-a 45,7 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,8 faiz çoxdur”, – deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,9 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Xəbər lenti

Xəbər lenti