...

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxardı

Dünya xəbərləri Materials 18 Aprel 2024 13:38 (UTC +04:00)
“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxardı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Google” şirkətinin İsrail hökuməti ilə biznes əlaqələrinə son qoyması tələbi ilə ötən gün oturaq etiraz aksiyası keçirən 28 əməkdaşı işdən çıxarılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada əməkdaşların “şirkət siyasətlərini pozduqlarına görə” maddəsi ilə işdən çıxarıldığı qeyd edilib.

Etirazçılar bir neçə “Google” ofisi qarşısında nümayiş, Nyu-York və Kaliforniyada isə 10 saatlıq oturaq aksiya keçiriblər. Aksiyalar zamanı 9 nəfər həbs edilib.

Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.

Xəbər lenti

Xəbər lenti