...

Türkiyədə zəlzələ olub, bir neçə tikiliyə ciddi zərər dəyib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 18 Aprel 2024 22:33 (UTC +04:00)
Türkiyədə zəlzələ olub, bir neçə tikiliyə ciddi zərər dəyib (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra tikiliyə ciddi zərər dəyib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Məlumata əsasən, Tokatın müxtəlif bölgələrində bir ev və iki məscidin minarələri dağılıb. Yeraltı təkanların təsirindən Yozqat şəhərinin də müxtəlif məhəllələrində üç ev çöküb. Təbiət hadisəsi zamanı Tokatda bir nəfər xəsarət alıb.

Hadisə yerlərinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

xxx

19:23

Türkiyədə Tokat şəhərinin Sulusaray rayonunda 5,6 maqnitudada zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, dərinliyi 5,99 kilometr olan zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti