...

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

Dünya xəbərləri Materials 20 Aprel 2024 09:34 (UTC +04:00)
Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Aprelin 26-da Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İclasda ŞƏT-ə üzv dövlətlərin müdafiə idarələrinin rəhbərlərinin, onun baş katibinin, təşkilatın Regional Antiterror Qurumu İcraiyyə Komitəsinin direktoru və Belarusun müdafiə nazirinin iştirakı gözlənilir”, - məlumatda deyilir.

Qeyd edək ki, iyulun 3-4-də Astanada ŞƏT-ə üzv dövlətlərin başçılarının növbəti sammiti keçiriləcək. Sammit “Çoxtərəfli dialoqun gücləndirilməsi – davamlı sülh və inkişaf” mövzusuna həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti