...

İran prezidenti Pakistana 2 günlük səfər edəcək

Dünya xəbərləri Materials 21 Aprel 2024 15:43 (UTC +04:00)
İran prezidenti Pakistana 2 günlük səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi aprelin 22-də Pakistana 2 günlük səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X” səhifəsində məlumat yayıb.

Rəisini xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər hökumət üzvlərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti, biznes nümayəndələri müşayiət edəcək.

Səfər çərçivəsində İran Prezidenti pakistanlı həmkarı Asif Əli Zərdari və Baş nazir Şahbaz Şəriflə görüşəcək.

Danışıqların əsas mövzusunu Yaxın Şərqdəki son hadisələr və regional təhlükəsizliklə bağlı vəziyyətin müzakirəsi təşkil edəcək. Bundan başqa, ikitərəfli münasibətlər, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, qaz kəmərinin tikintisi və sərbəst ticarətə dair potensial sazişlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti