...

Almaniya prezidenti Türkiyəyə səfər edib

Dünya xəbərləri Materials 22 Aprel 2024 15:16 (UTC +04:00)
Almaniya prezidenti Türkiyəyə səfər edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə rəsmi səfər edib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Ştaynmayeri İstanbul hava limanında İstanbul valisi Davut Gül, Almaniyanın səfiri Yurgen Şults, Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen və digər rəsmilər qarşılayıb.

Almaniya prezidentinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibətilə baş tutan 3 günlük səfər çərçivəsində İstanbul, Qaziantep və Ankaraya gedəcəyi qeyd olunub.

Vurğulanıb ki, Ştaynmayer aprelin 24-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti