Bakı. Trend:
Türkiyənin Samsun şəhərinin Ladik qəsəbəsində 12 gündür yoxa çıxan 16 yaşlı yeniyetmə qız tapılıb.
Trend xəbər verir ki, ismi gizli saxlanılan yeniyetmə 12 gündən sonra rayonda olan qonşularının evindən tapılıb.
Məlum olub ki, həmin günlərdə qonşularının evdə olmadığını bilən qız içəri daxil olaraq o zaman müddətində onlarda yaşayıb.
Bunun üstü qonşuları evə qayıtdıqdan sonra açılıb.