...

NATO Gürcüstanı siyasi kursunu dəyişməyə çağırıb

Dünya xəbərləri Materials 15 May 2024 16:57 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

NATO Gürcüstan parlamentinin "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini qəbul etməsi fonunda ölkə hökumətinə çağırış edib.

Trend xəbər verir ki, bununla bağlı NATO-nun mətbuat katibi Fərəh Daxlallah "X" platformasında paylaşım edib.

Gürcüstanı siyasi kursunu dəyişməyə çağıran NATO-nun mətbuat katibi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin səhv addım olduğunu bildirib.

"Gürcüstan hökumətinin "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etmək qərarı səhv addım olmaqla, ölkəni Avropadan və Avro-Atlantik məkana inteqrasiyadan uzaqlaşdırır. Gürcüstanı kursunu dəyişməyə və dinc etiraz hüququna hörmət etməyə çağırırıq", - NATO nümayəndəsi paylaşımında yazıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti