...

Slovakiya parlamenti iclasları mayın 21-dək dayandırıb

Dünya xəbərləri Materials 15 May 2024 21:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya parlamenti Baş nazir Robert Fitsoya qarşı törədilmiş sui-qəsd hadisəsi ilə əlaqədar deputatların təhlükəsizliyini təmin etmək üçün iclasları dayandırıb.

Trend xəbər verir ki, bu qərarı respublikanın ali qanunverici orqanının sədri vəzifəsini icra edən Peter Jiqa verib.

Parlamentin iclasları mayın 21-dək dayandırılıb.

Qeyd edək ki, Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə dəfə atəş açılıb. Yaralanan nazir xəstəxanaya aparılıb. Baş nazirə sui-qəsd edən şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti