...

Meksikada seçki mitinqi zamanı dekorasiya uçub, 9 nəfər ölüb, çox sayda yaralı var

Dünya xəbərləri Materials 23 May 2024 10:31 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Meksikada prezidentliyə namizəd Xorxe Alvares Maynesin seçkiqabağı mitinqi zamanı dekorasiya uçub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, mitinq Nuevo-Leon ştatının San-Pedro-Qarsa-Qarsiya şəhərində keçirilib.

Bədbəxt hadisə nəticəsində 50-yə yaxın insan yaralanıb, 9 nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirilib, 3 nəfər əməliyyata alınıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti