...

ABŞ Gürcüstanda bu qanun layihəsinin qəbuluna cavabdeh şəxslərə viza verilməsini məhdudlaşdıracaq

Dünya xəbərləri Materials 24 May 2024 11:17 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbuluna cavabdeh olan şəxslərə viza verilməsini məhdudlaşdıracaq.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat yayıb.

Məlumatda qeyd olunub ki, məhdudiyyət sözügedən şəxslərin ailə üzvlərinə də tətbiq olunacaq.

Xatırladaq ki, bu yaxınlarda "Politico" nəşri ABŞ-nin Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini təşviq edən məmurlara və digər şəxslərə qarşı sanskiyalar tətbiq edəcəyini yazıb.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutulur.

Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinə veto qoyub. Ölkə parlamenti mayın 28-də prezidentin vetosunu aradan qaldırmaq üçün səsvermə keçirəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti