...

İsrail ordusu Rəfahın mərkəzinə doğru irəliləyir: daha üç girovun meyiti aşkarlanıb

Dünya xəbərləri Materials 24 May 2024 14:14 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Qəzzada daha üç girovun meyitini aşkarlayıb.

Trend xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Orion Ernandes Radu, 42 yaşlı Hanan Yablonka və 59 yaşlı Mişel Nisenbaum HƏMAS-ın 2023-cü il 7 oktyabr tarixli hücumu zamanı öldürülüb.

Qeyd olunub ki, meyitlər məhkəmə-tibbi ekspertizası nəticəsində tanınıb, ölən şəxslərin ailələri məlumatlandrılıb.

Qeyd edək ki, İsrail ordusu may ayının əvvəlində Qəzza zolağında Misirlə həmsərhəd Rəfah şəhərində hərbi əməliyyata başlayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti