...

Belçika Ukraynaya 30 ədəd F-16 qırıcısı göndərəcək

Dünya xəbərləri Materials 28 May 2024 11:48 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Belçika 2028-ci ilədək Ukraynaya 30 ədəd F-16 qırıcısı göndərəcək.

Trend xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Hadija Labib yerli KİV-ə deyib.

Onun sözlərinə görə, ilk qırıcılar bu il tədarük olunacaq.

Qeyd edək ki, bu ilin əvvəlində ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder ABŞ-nin bu il Ukraynaya F-16 qırıcıları göndərməyi proqnozlaşdırdığını deyib. Lakin Rayder qırıcıların Ukraynaya çatdırılması üçün hər hansı bir müddət qeyd etməyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti