...

Bu ölkənin Gürcüstandakı səfiri XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 31 May 2024 17:17 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Məlumat görə, səfir "Vilnüsün Gürcüstanın daxili işlərinə müdaxiləsi səbəbindən" Gürcüstan XİN-ə çağrılıb.

Gürcüstan XİN-in məlumatında qeyd olunub ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar olaraq, son vaxtlar Litva rəsmilərinin verdiyi bəyanatlar, eləcə də ölkənin xarici işlər nazirinin Gürcüstanda etiraz aksiyasında iştirakı və Gürcüstanın Litvadakı səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırılması Gürcüstanın daxili işlərinə kobud müdaxilədir və iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinə uyğun deyil.

Qeyd edək ki, mayın 15-də Litvanın xarici işlər naziri Gürcüstanda müxalifətin "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulu ilə bağlı etiraz aksiyasında iştirak edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti