Bakı. Trend:
Ermənistanda məhkəmə ölkənin keçmiş prezidenti Serj Sarkisyana "dizel işi" üzrə bəraət verib.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Sarkisyanla yanaşı, neft məhsullarının idxalı ilə məşğul olan "Flash" şirkətinin sahibi Barseq Beqlaryan da bəraət alıb.
Qeyd edək ki, 2019-cu ilin sonunda Serj Sarkisyana qarşı dövlətə 1 milyon dollara yaxın zərər vurmaqla bağlı cinayət işi açılmışdı.
"Dizel işi" üzrə həmçinin, Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və nazir müavini Samvel Qalstyana qarşı da ittiham irəli sürülmüşdü. Hər iki keçmiş dövlət məmuru məhkəmə prosesi davam etdiyi müddətdə koronavirus səbəbindən dünyasını dəyişib.