...

Türkiyə yığması Polşaya məğlub olub

Dünya xəbərləri Materials 11 İyun 2024 01:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə yığması AVRO-2024 öncəsi son yoxlama oyununu keçirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “ay-ulduzlular” Varşavada Polşanın qonağı olublar.

Oyun 2:1 hesabı ilə başa çatıb. Polşa yığması qələbə topunu 90-cı dəqiqədə vurub. Türkiyə millisinin qoluna Barış Alper Yılmaz imza atıb.

Türkiyə ilə eyni qrupda yarışacaq Çexiya Şimali Makedoniya yığmasına eyni hesabla qalib gəlib. Niderland isə İslandiyanın qapısından 4 cavabsız top keçirib.

Yoldaşlıq oyunları
10 iyun

Çexiya – Şimali Makedoniya – 2:1
Niderland – İslandiya – 4:0
Polşa – Türkiyə - 2:1

Xəbər lenti

Xəbər lenti