...

Ermənilərin katolikosu Eçmiədzində Amerika Erməni Assambleyasının rəhbərliyi ilə görüşüb

Dünya xəbərləri Materials 11 İyun 2024 15:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Bütün ermənilərin katolikosu II Qareqin Eçmiədzində Amerika Erməni Assambleyasının rəhbərliyi ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, II Qareqin və erməni icmasının nümayəndələri Ermənistandakı daxili siyasi vəziyyəti, cəmiyyətdəki mənəvi-psixoloji mühiti müzakirə ediblər.

Görüşdə hazırki çağırışların öhdəsindən gəlmək üçün səyləri birləşdirməyin əhəmiyyəti qeyd edilib.

Görünür, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen ilə ABŞ-Ermənistan Strateji Dialoqu üzrə yekun iclasın açılışında regionda uzunmüddətli sülhün əldə edilməsi üçün real imkanın olduğunu bildirsə də, kilsə və diasporun öz planları var.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti