...

Ermənistanda etirazçılar hökumət binasının qarşısına toplaşıb

Dünya xəbərləri Materials 13 İyun 2024 09:42 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda etirazçılar hökumət binasının qarşısına toplaşıb, polis qüvvələri binanı hər tərəfdən sıx əhatəyə alıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd olunub ki, burada bir azdan hökumət iclası keçiriləcək.

Məlumata görə, iclasın gündəliyində 45 məsələ durur, bunlardan 41-i müzakirə olunmayacaq, 3 məsələ isə qapalı rejimdə müzakirə ediləcək.

Daha bir məsələnin müzakirə formatı qeyri-müəyyən olaraq qalır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti