...

Norveç Ukraynanın enerji sisteminin təmiri üçün 100 milyon dollar ayıracaq

Dünya xəbərləri Materials 16 İyun 2024 14:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveç hakimiyyəti qış gələnə qədər Ukraynaya enerji sistemini bərpa etmək və elektrik enerjisi ilə təmin etmək üçün 103 milyon dollar göndərəcək.

Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri Norveçin baş naziri Yonas Qar Störeyə istinadən bildirib.

"Biz bu vəsaitlərdən ən səmərəli şəkildə necə istifadə etmək barədə Ukrayna ilə sıx əlaqə saxlayırıq", - deyə o qeyd edib.

Baş nazir vurğulayıb ki, qışa qədər bərpa işlərinə başlanmalıdır. Eyni zamanda, Xarkov vilayətində təmirə 11,2 milyon dollar xərclənəcək; bir neçə yerdə günəş panellərinin quraşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti