...

Qəzza zolağında ölənlərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 16 İyun 2024 18:44 (UTC +04:00)

Bakı. Trend:

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 37 337-yə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, Qəzza zolağında 85 299 nəfər yaralanıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti