...

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Dünya xəbərləri Materials 17 İyun 2024 06:30 (UTC +04:00)
NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-ya üzv ölkələr nüvə silahının hazır vəziyyətə gətirilməsi ilə bağlı məsləhətləşmələrə başlayıb.

Trend xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib.

“Mən nə qədər nüvə başlığının işlək olması və onların necə saxlanması barədə əməliyyat təfərrüatlarını açıqlamayacam. Bu məsələlərlə bağlı məsləhətləşmələr aparırıq”, - deyə o bildirib.

Stoltenberqin sözlərinə görə, NATO nüvə silahı olmayan dünya istəyir:

“Nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır”.

O qeyd edib ki, müasir silahların yaradılmasına böyük sərmayələr yatıran və 2030-cu ilə qədər nüvə başlıqlarının sayını minə çatdırmaq niyyətində olan Çin xüsusilə narahatlıq doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti