...

Məşhur britaniyalı aktyor tamaşa zamanı səhnədən yıxılıb

Dünya xəbərləri Materials 18 İyun 2024 03:47 (UTC +04:00)

Bakı. Trend:

“Üzüklərin hökmdarı” trilogiyasında Qendalf obrazı ilə məşhurlaşan britaniyalı aktyor İan MakKellen Londonda teatr tamaşası zamanı səhnədən yıxılaraq xəstəxanaya aparılıb.

Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, 85 yaşlı aktyor büdrəyib yıxıldıqdan sonra tamaşaçılardan zalı tərk etmələri istənilib, bundan sonra o, kömək çağırmağa başlayıb. Aktyor xəstəxanaya çatdırılıb.

Bildirilib ki, tamaşa dayandırıldı və bundan sonra davam edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti