Bakı. Trend:
Budapeşt Ursula Fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının sədri vəzifəsinə təyin olunmasını dəstəkləməyəcək.
Trend xəbər verir ki, bu barədə “Politico” qəzeti Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Bokanın açıqlamasına istinadən yazır.
Nəşr qeyd edib ki, nazir Macarıstan hakimiyyətinin Avropa İttifaqında yüksək vəzifələrə namizədlər siyahısında qalan digər adların əleyhinə olmadığını bildirib.
"Macarıstanın Baş naziri Viktor Orban ölkənin Avropa Parlamentində “Avropa mühafizəkarları və islahatçılar” fraksiyası və ya sağçı “Şəxsiyyət və demokratiya” qrupuna qoşulacağı barədə hələ qərar verməyib", - Boka vurğulayıb.