...

ABŞ İŞİD-in yüksək rütbəli nümayəndəsini məhv edib

Dünya xəbərləri Materials 20 İyun 2024 05:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusu Suriyada İŞİD-in yüksək rütbəli nümayəndəsini məhv edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

"İyunun 16-da Mərkəzi Komandanlıq Suriyada İŞİD-in yüksək rütbəli funksioneri Usamə Camal Məhəmməd İbrahim əl-Cənabini hava zərbəsi nəticəsində məhv edib", - deyə bildirilib.

Qeyd olunub ki, "onun ölümü təşkilatın resursları təmin etmək və terror hücumları həyata keçirmək qabiliyyətini sarsıdacaq".

Məlumata əsasən, zərbə nəticəsində mülki əhalinin tələfatı barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti