...

Çində leysan onlarla insanın ölümünə səbəb oldu

Dünya xəbərləri Materials 21 İyun 2024 16:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin cənubundakı Quandon əyalətinin Pinyuan rayonunda şiddətli yağışların yaratdığı fəsadlar səbəbindən 38 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Trend xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarəedilməsi mərkəzi açıqlama yayıb. İtkin düşənlərin axtarışları zamanı bir neçə nəfərin meyiti tapılıb.

Bölgədə iyunun 15-dən başlayan şiddətli yağışlar torpaq sürüşməsi, daşqın, sel kimi fəsadlara səbəb olub. Nəticədə yaşayış məntəqələrini, əkin sahələrini su basıb, nəqliyyat infrastrukturuna, kommunikasiya xətlərinə ziyan dəyib. Təxminən 388 min evin elektriklə təchizatında fasilələr yaranıb.

Xəbər lenti

Xəbər lenti